Ərdoğan Putinlə "Zeytun budağı"nı müzakirə etdi
24 Yanvar 2018 00:37 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, rəsmilər Suriyadakı son siyasi prosesləri və "Zeytun budağı" əməliyyatını müzakirə ediblər.
Ərdoğan "Zeytun budağı" əməliyyatı ilə Afrinin PYD və İŞİD-dən təmizləməyi hədəflədiklərini bildirib və Suriyanın suverenliyi baxımından bu hərəkatın böyük önəm daşıdığını da əlavə edib.
Türkiyə lideri Suriya məsələsində Rusiya ilə birgə çalışmağa böyük önəm verdiyini də vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31