Türkiyədə XÜSUSİ ƏMƏLİYYAT: 54 əcnəbi saxlanılDI
21 Yanvar 2018 08:13 DünyaTürkiyədə keçirilmiş antiterror əməliyyatında 54 əcnəbi saxlanılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbulun 8 rayonunda, 11 müxtəlif ünvanda aparılıb.
Saxlanılanlar İŞİD terror qruplaşmasının hərbi əməliyyatlarında iştirakda şübhəli bilinirlər. Bəzi məlumatlara görə, şübhəlilər yaxın vaxtlarda Avropaya qaçmağı planlaşdırırmış.
Şübhəlilərin milliyyətləri açıqlanmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31