Makron 58 illik layihəni ləğv etdi, ara qarışdı

“Paris İqlim Müqaviləsi”nin məsuliyyətini öz üzərinə götürən Fransa prezidenti Emmanuel Makron bu çərçivədə 58 illik bir layihəni ləğv edib.

"Paris İqlim Müqaviləsi"nin məsuliyyətini öz üzərinə götürən Fransa prezidenti Emmanuel Makron bu çərçivədə 58 illik bir layihəni ləğv edib.

Prezident gərəksiz, bahalı və ətraf mühitə ziyan vuracağı üçün etiraz edilən "Notre-Dame-Des-Landes" adlı hava limanı layihəsinin üstündən xətt çəkib.

E.Makron layihəyə etiraz edən anti-kapitalist hərəkatının layihənin gerçəkləşdirilməsini əngəlləmək üçün həmin bölgəyə qurulan düşərgəsinin boşaldılması ultimatiumunu verib.

Baş nazir Eduard Filip bölgənin boşaldılması üçün 500 nəfərdən ibarət polis və jandarm qüvvələri göndərib. Etirazçılar isə ərazini tərk etməyəcəklərini bildiriblər.

Bu qərardan sonra Fransa hökuməti 580 milyon avro dəyəri olan layihənin ləğv edilməsi üçün hava limanının inşasını öz üzərinə götürən "Vinci" şirkətinə 380 milyon avro ödəməlidir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31