Quttereş: "Əcnəbi ordular Suriyada vəziyyəti qəlizləşdirir"
Suriyadakı vəziyyətin çətinləşməsinə münasibət bildirən BMT-nin baş katibi Antonio Quttereş “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq planını şərh edərkən maraqlı açıqlama verib.
17 Yanvar 2018 11:19 DünyaSuriyadakı vəziyyətin çətinləşməsinə münasibət bildirən BMT-nin baş katibi Antonio Quttereş "sərhəd təhlükəsizlik qüvvələri" yaratmaq planını şərh edərkən maraqlı açıqlama verib.
Baş katib Suriyadakı mövcud vəziyyəti ölkədəki çoxsaylı əcnəbi hərbçilərlə əlaqələndirib. Onun sözlərinə görə, məhz bu amil Suriyadakı məsələlərin həllini yubadır: "Suriyada həddən çox ölkənin hərbiçiləri var. Düşünürəm ki, müxtəlif ölkələrin ordusu Suriyadakı vəziyyəti həll etmək yerinə, daha da qəlizləşdirir. Suriya xalqı problemi özü həll edə bilsə, çox daha yaxşı olacaq". Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31