Məşhur futbolçu karyerasını başa vurdu
Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo 37 yaşında karyerasını başa vurub. Məlumatı onun qardaşı və eyni zamanda agenti Roberto De Assis təsdiqləyib. “O karyerasını başa vurdu. Biz avqustda 2018-ci il Dünya Çempionatından sonra onun üçün əhəmiyyətli bir şey edəcəyik. Braziliya, Avropa və Asiyada müxtəlif tədbirlər keçirəcəyik və təbii Braziliya yığmasının iştirakı ilə matç təşkil edəcəyik”, deyə Assis bildirib.
17 Yanvar 2018 09:03 DünyaBraziliya yığmasının sabiq futbolçusu Ronaldinyo 37 yaşında karyerasını başa vurub. Məlumatı onun qardaşı və eyni zamanda agenti Roberto De Assis təsdiqləyib.
"O karyerasını başa vurdu. Biz avqustda 2018-ci il Dünya Çempionatından sonra onun üçün əhəmiyyətli bir şey edəcəyik. Braziliya, Avropa və Asiyada müxtəlif tədbirlər keçirəcəyik və təbii Braziliya yığmasının iştirakı ilə matç təşkil edəcəyik", deyə Assis bildirib.
Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. "Barselona"nın tərkibində 2006-cı ildə "Çempionlar Liqası"nı qalibi adını qazanıb. 2005-di ildə "Qızıl top" mükafatını alıb.