1400 miqrant xilas edildi
17 Yanvar 2018 09:00 Dünyaİtaliyanın Aralıq dənizi sahillərində yerləşən Siciliya boğazında 1400 nəfərə yaxın miqrant xilas edilib.
Əməliyyat İtaliyanın Sahil Mühafizə Xidməti, Avropa İttifaqının "Eunvaformed" missiyası və bir qeyri-hökumət təşkilatı əməkdaşları tərəfindən aparılıb. Əməliyyatların keçirilmə müddəti açıqlanmır. Miqrantları batmaqda olan 7 kater və 4 qayıqdan xilas etmək mümkün olub. Bildirilir ki, qaçqınlar Liviyadan İtaliya sahillərinə gəlməyə çalışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31