Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, 10 nəfər ölüb
17 Yanvar 2018 07:56 DünyaKolumbiyanın şimalında "Mi-17" tipli vertolyotun qəzaya uğraması nəticəsində 10 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, qəza Seqoviya şəhəri yaxınlığında qeydə alınıb.
TASS-ın məlumatına görə, hava gəmisinin göyərtəsində 8 hərbçi və 2 mülki şəxs olub.
Kolumbiya ordusu nümayəndəsinin sözlərinə görə, vertolyot vurulmayıb. Hadisənin səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31