“Terrorçuların arxasından Türkiyəyə düşmənçilik ediləcək”
“NATO-ya üzv bir dövlət Türkiyənin sərhədlərinin təhlükəsizliyini qoruyacağı halda, digər tərəfdən terror təşkilatı ilə əməkdaşlıq edərək “təhlükəsizlik qüvvələri” yaradır”.
15 Yanvar 2018 18:01 Dünya"NATO-ya üzv bir dövlət Türkiyənin sərhədlərinin təhlükəsizliyini qoruyacağı halda, digər tərəfdən terror təşkilatı ilə əməkdaşlıq edərək "təhlükəsizlik qüvvələri" yaradır".
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. Baş nazirin sözlərinə görə, bu o mənaya gəlir ki, terror təşkilatının arxasından Türkiyəyə düşmənçilik ediləcək: "Bunun başqa bir adı yoxdur. Bu torpaqlar şəhidlərimizin qanları ilə sulanıb. Buna görə də, qarşımızdakı təhdiddən asılı olmayaraq, ölkəmizi qanımızın son damlasına kimi qoruyacağıq. Müstəqilliyimizə qəsd etmək istəyənlərə heç vaxt fürsət verməyəcəyik". Azadinform.az