Bağdadda ard-arda 2 partlayış: 16 ölü - VİDEO
İraqın paytaxtı Bağdadda eyni vaxtda iki kamikadze hücumu təşkil edilib. Hücumlar nəticəsində 16 nəfər ölüb, 65 nəfər yaralanıb. İraq Daxili İşlər Nazirliyinin sözçüsü Səad Məan hadisələrlə bağlı yazılı açıqlama verib.
15 Yanvar 2018 11:01 Dünyaİraqın paytaxtı Bağdadda eyni vaxtda iki kamikadze hücumu təşkil edilib. Hücumlar nəticəsində 16 nəfər ölüb, 65 nəfər yaralanıb. İraq Daxili İşlər Nazirliyinin sözçüsü Səad Məan hadisələrlə bağlı yazılı açıqlama verib. Sözçü bildirib ki, hücumlar paytaxtın mərkəzində baş verib. Ölən və yaralananlar yaxın ətraf ərazilərdəki xəstəxanalara yerləşdirilib. Təhlükəsizlik qüvvələrinin veridyi məlumata görə, hücumlar inşaat işçilərinin toplaşdığı "Tayaran Meydanı"nda gerçəkləşib. Hücumların məsuliyyətini hələ ki, heç bir təşkilat öz üzərinə götürməyib. Publika.az