Nazim Hikmət hər yerdə - FOTO
2016 – cı ildən Türkiyə Kadıköy bələdiyyəsi “Yaşayan sokaklar” adlı layihə həyata keçirir. Olaylar.az bildirir ki, layihə çərçivəsində Türkiyənin görkəmli yazarlarının, şairlərinin, musiqiçilərinin əsərləri küçələrdə səkilərə həkk olunur. Layihə həyata keçirildiyi zaman ərzində Cemal Süreyyanın, Özdemir Asafın, Fazıl Hüsnü Dağlarcın şeirləri səkilərə, Cem Karacanın heykəli isə şəhərin ən işlək küçələrinin birində ucaldılıb.
15 Yanvar 2018 10:11 Dünya2016 - cı ildən Türkiyə Kadıköy bələdiyyəsi "Yaşayan sokaklar" adlı layihə həyata keçirir. Olaylar.az bildirir ki, layihə çərçivəsində Türkiyənin görkəmli yazarlarının, şairlərinin, musiqiçilərinin əsərləri küçələrdə səkilərə həkk olunur. Layihə həyata keçirildiyi zaman ərzində Cemal Süreyyanın, Özdemir Asafın, Fazıl Hüsnü Dağlarcın şeirləri səkilərə, Cem Karacanın heykəli isə şəhərin ən işlək küçələrinin birində ucaldılıb.
15 yanvar Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi olan Nazim Hikmətin doğum günü ilə əlaqədar olaraq Kadıköy bələdiyyəsi "Nazim Hikmət hər yerdə" şüarı ilə Kadıköy Əli Suavi küçəsində yerləşən Nazim Hikmət Mədəniyyət Mərkəzinin divarlarında və küçələrində şairin səkilərə həkk edilmiş şeirlərinə əlavələr ediləcəyini açıqlayıb.
Qeyd edək ki, küçələrdə əsasən Nazim Hikmətin "Güzel Günler Göreceğiz", "En güzel", "Bugün Pazar", "Ceviz Ağacı" kimi dillər əzbəri olan şeirləri yerləşdirilib.
