Əfqanıstanda İŞİD-ə AĞIR ZƏRBƏ - 17 ölü

Əfqanıstanın Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib.

Əfqanıstanın Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib.

Publika.az TASS-a istinadən xəbər verir ki, əməliyyat Açin və Haska-Mina kəndlərində keçirilib. Həmin ərazilərdə silahlıların sığınacağı da məhv edilib.

Məlumata görə, terrorçulardan 14-ü Açində, daha 3-ü Haska Minedə öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31