Koreyanın bu addımı bitkoini çökdürdü - 13 min dollar UCUZLAŞMA
11 Yanvar 2018 11:11 Dünya"CoinMarketCap" portalının məlumatına əsasən, dünyada ən populyar kriptovalyuta olan bitkoin 8,7% və ya 13,13 min dollaradək ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu ucuzlaşmaya səbəb Cənubi Koreyada kriptovalyuta ilə ticarəti qadağan edən qanun layihəsinin hazırlanmasıdır.
Bu barədə ölkənin ədliyyə naziri Pak San Gi açıqlama verib və bildirib ki, hakimiyyət virtual valyuta ilə bağlı vəziyyətdən narahatdır.
Qeyd edək ki, Cənubi Koreya "Bitcoin" və "Ethereum"un satışı üzrə ən böyük bazarlardandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31