Yəməndə ərəb koalisiyasına məxsus təyyarə qəzaya uğrayıb

Yəmənin şimalında ərəb koalisiyasına məxsus təyyarə qəzaya uğrayıb, pilotlar sağ qalıb. Bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər verib.

Koalisiyanın məlumatına əsasən, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və pilotlar xilas olunub. Öz növbəsində, üsyançı husilərin nəzarəti altında olan  "Saba" agentliyi təyyarənin vurulduğunu bildirib.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31