Əhmədinejadın həbs olunması bağlı vəkilindən TƏKZİB (YENİLƏNDİ)

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib. Bu barədə bazar günü "Erem news" xəbər portalı məlumat yayıb.

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

Bu barədə bazar günü "Erem news" xəbər portalı məlumat yayıb.

"Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil", - deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.

Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.

***

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad həbs olunub.

Bu barədə Əl Qüds Əl Ərəbi saytı məlumat yayıb.

Saytın məlumatına görə, 61 yaşlı keçmiş prezident İranda dekabrın 28-də baş verən iğtişaşları dəstəkləməkdə ittiham olunur.

Məsələ ilə bağlı İran hökuməti heç bir açıqlama verməyib. Axar.az. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31