Dəniz suyunun quruması İNSANLARI TƏŞVİŞƏ SALDI - FOTO
7 Yanvar 2018 22:10 DünyaEkvadorda maraqlı təbiət hadisəsi baş verib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Santa-Yelena əyalətində dəniz suyunun sahildən 100 metr uzaqlaşması Santa-Roza sakinlərini qorxuya salıb.
Adətən belə hallar sunamidən əvvəl olduğu üçün əhali təşvişə düşüb. Hər kəs suyun böyük dalğalarla əvvəlki yerinə qayıdacağını gözlədiyi vaxtda Ekvadorun Okeanoqrafiya institutunun ekspertləri camaatı sakitləşdiriblər. Onlar dəniz suyunun sahildən çəkilməsini coğrafi səbəblə izah ediblər.
KİV 2017-ci ildə bir neçə dəfə Braziliyada, Meksikada, Uruqvayda və başqa dövlətlərdə suyun sirli yox olması haqqında yazmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31