İranda zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb
7 Yanvar 2018 06:39 Dünyaİranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.
APA-nın "İRNA"ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar gündüz saatlarında Kermanşah əyalətinin Sare-Pole-Zohzab şəhərindən 8 km cənub-şərqdə, yerin səthindən 40 km dərinlikdə qeydə alınıb.
Məlumata görə, zəlzələ zamanı 17 nəfər şəhərdə, daha 4 nəfər isə kənd ərazidə xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31