Whatsapp eyni anda iki xüsusiyyət tətbiq etdi - YENİLİK

Dünyanın ən məşhur mesajlaşma proqramı olan Whatsapp iki yeni xüsusiyyət əlavə edilib. Artıq Vatsapda bir mesajı eyni zamanda bir neçə nəfərə göndərmək mümkün olacaq. Bu formatda göndərilən mesajlar digər tərəfdə olan insanlara normal yazışmalar kimi görünəcək.

Dünyanın ən məşhur mesajlaşma proqramı olan Whatsapp iki yeni xüsusiyyət əlavə edilib. Artıq Vatsapda bir mesajı eyni zamanda bir neçə nəfərə göndərmək mümkün olacaq. Bu formatda göndərilən mesajlar digər tərəfdə olan insanlara normal yazışmalar kimi görünəcək. Yəni yeni bir qrup yaratmadan bir bilgini eyni anda bir neçə nəfərlə bölüşmək olacaq. Hətta mesajları göndərmək istədiyiniz zaman daxil olduğunuz qrupları da siyahıya əlavə edə biləcəksiniz. Bu durumda eyni mətnin üzünü köçürüb digərlərinə göndərməyə də ehtiyac qalmayacaq. Artıq "Android" sistemi istifadə edənlər yeni özəlllikdən yararlana bilər. Whatsappın daha bir yeniliyi isə nə zamansa atılan mesajları yaddaş ekranında axtarıb tapa bilməkdir. Bu özəllik gün keçdikdə telefonun yaddaşında daha çox yer tutan Vatsapda olan bilgiləri rahatlıqla tapmağa imkan yaradır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31