Sankt-Peterburqda etiraz aksiyası zamanı 130 nəfərdən çox adam saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası samanı 131 nəfər saxlanılıb.

Icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.

Məlumata görə, aksiyada 3 minədək insan iştirak edib.
 
Qeyd edək ki, bu gün Moskvada müxalif  "Tərəqqi" partiyasının  üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31