OPEK şərtləri 100 faiz yerinə yetirib
26 Mart 2017 13:32 DünyaOPEK ölkələri neft hasilatının azaldılması barədə sazişin şərtlərini 100 faizdən artıq yerinə yetiriblər.
Bu barədə jurnalistlərə Küveytin neft naziri Əsəəm əl-Məzuk məlumat verib.
"Biz 100 faizə nail olmaq istəyirdik, lakin bu gün OPEK ölkələri tərəfindən göstəricilərimiz 106 faiz təşkil edir. Birlikdə (OPEK-ə daxil olmayan ölkələrlə - qeyd. TASS) - 94 faizdir", - deyə o əlavə edib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31