Çeçenistanda bazaya İŞİD hücum edib
24 Mart 2017 21:26 DünyaİŞİD terror təşkilatı Çeçenistan Respublikasında Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə terrorçular və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparan "SITE Intellegence Group" xəbər yayıb.
Xatırladaq ki, bu gün həyata keçirilən hücum nəticəsində 6 hərbi qulluqçu həlak olub, üç nəfər yaralanıb. Döyüşçülər məhv edilib. Publika.az "RİA-Novoti" agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31