Kamikadze aeroportda özünü partlatdı
24 Mart 2017 21:23 DünyaBanqladeşin paytaxtı Dəkkənin beynəlxalq hava limanında terrorçu-kamikadze polis postuna hücum edərək özünü partladıb.
Bu haqda "İndia Today" telekanalı bildirib.
Telekanalın məlumatına görə, hadisə nəticəsində terrorçu ölüb. Zərərçəkənlər haqqında məlumat yoxdur.
Polisin sözlərinə görə, hadisənin motivləri hələ müəyyən edilməyib. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31