ABŞ-dan 10 ölkənin 30 şirkətinə ZƏRBƏ
24 Mart 2017 21:17 DünyaABŞ 10 ölkədən 30 xarici şirkət və şəxsə qarşı sanksiyalar tətbiq edib.
Bu haqda ABŞ Dövlət Departamentindən bildirilib.
Sanksiyalar altına düşən şirkətlər və şəxslər Koreya Xalq Demokratik Respublikası (KXDR), İran və Suriya ilə əlaqələrdə, həmçinin kütləvi qırğın silahı və raket texnologiyalarının yayılmasının qadağası haqqında ABŞ-ın qanununu pozmaqda ittiham olunur. 11 şəxs və şirkət İran silahının Yəməndə husilərə çatdırılmasında iştirakda ittiham edilir. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31