7 yaşlı kamikadze
24 Mart 2017 12:10 Dünyaİraqın Mosul şəhərinə endirilən aviazərbələrin ardından İŞİD növbəti terror cəhdini həyata keçirib. İraqın təhlükəsizlik qüvvələri üzərinə partlayıcı bağlanmış 7 yaşlı uşağı saxlayıblar.
Uşağın əynindəki "Çelsi" FK loqosu olan geyimin altında çox sayda naqillərlə bərkidilmiş dinamitlər gizlədilib.
İraqlı döyüşçü uşağın qorxduğunu görüb, danışdıraraq adını və onu bura kimin gətirdiyini soruşub. Uşaq adının Uday olduğunu və onu buraya dayısı "Amo"nun göndərdiyini deyib.
Hərbçilərin sözlərinə görə, uşağın bədəninə bombanı İŞİD terrorçuları bağlayıblar. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31