London terror aktının sifarişçi məlum oldu

İŞİD terror təşkilatı ötən gün Londonda 5 nəfərin ölümünə və 29 nəfərin yaralanmasına səbəb olan hadisənin məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə İŞİD-in yayım orqanı olan "Amaq xəbər agentliyi" məlumat yayıb.

Məlumatda deyilir ki, Londonda terror aktını "İŞİD xəlifəsinin əsgəri" törədib.

Böyük Britaniyanın Baş naziri Tereza May terrorçunun İngiltərədə doğulduğunu və xüsusi xidmət orqanlarının nəzarətində olan şəxslər siyahısında olduğunu bəyan etmişdi. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31