NATO hərbiçilərindən Suriyada növbəti qətliam
23 Mart 2017 12:41 DünyaABŞ-ın başçılıq etdiyi hərbi kooalisiya qüvvələri terrorçular əvəzinə, Suriyanın Rakka şəhərində 50 ailənin yaşadığı məktəb binasını bombalayıblar.
Kooalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Rakkanın 30 kilometrliyində yerləşən Mansura bələdiyyəsi ərazisindəki məktəbi vurublar. Bombardman nəticəsində məktəb binası yerla yeksan olub, 40 nəfərdən çox dinc insan isə öldürülüb.
ABŞ Müdafiə Nazirliyi isə məktəbin səhvən vurulduğunu etiraf edib. Pentaqon sözügedən məktəbdə İŞİD terrorçularının olması barədə məlumat əldə etdiklərini bəyan edib.
2017-ci il martın 17-də ABŞ-ın başçılıq etdiyi kooalisiya qüvvələri paytaxt Hələbin Cina kəndində yerləşən məscidi bombalamışdı. Həmin vaxtı məsciddə sığınan 70 nəfər dinc insan həlak olmuşdu. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31