Zəlzələ kimya laboratoriyasında yanğına səbəb oldu, işlər dayandı - YENİLƏNİB
Yaponiyanın şərqində baş vermiş zəlzələ "Kureha" korporasiyasının kimya laboratoriyasında yanğına və "Nissan Motor" şirkətində istehsalatın dayanmasına səbəb olub.
22 Noyabr 2016 11:39 DünyaYaponiyanın şərqində baş vermiş zəlzələ "Kureha" korporasiyasının kimya laboratoriyasında yanğına və "Nissan Motor" şirkətində istehsalatın dayanmasına səbəb olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Fukusima prefekturasının İvaki şəhərində yerləşən laboratoriyada yanğın 7.4 maqnitudalı zəlzələdən dərhal sonra baş verib.
Hadisə nəticəsində "Kureha" korporasiyasına nə dərəcədə zərər dəydiyi açıqlanmır.
Zəlzələ səbəbindən bir sıra supermarketlər, bank bölmələri də bağlanıb.
***
Yaponiyanın Xonsü adasının şimal-şərqində 7.3 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Fukusima prefekturasından şərqdə yerləşib.
Sunami təhlükəsi elan edilib. Ən azı 3 metr hündürlüyündə sunami dalğası ölkənin şimal-şərq hissəsindən yaxın vaxtlarda vurmalıdır.
Zərərçəkənlər və dağıntılar barədə məlumat hələlik daxil olmayıb.