Rusiya ilə Ukrayna arasında yeni qalmaqal - YENİLƏNİB
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Krımda 2 rus əsgərin qanunsuz olaraq tutulduğunu bəyan edib Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya XİN hərbçilərin həbsini təxribat adlandırıb və onların dərhal azadlığa buraxılmasını tələb edib.
22 Noyabr 2016 12:00 DünyaRusiyanın Müdafiə Nazirliyi Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Krımda 2 rus əsgərin qanunsuz olaraq tutulduğunu bəyan edib
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya XİN hərbçilərin həbsini təxribat adlandırıb və onların dərhal azadlığa buraxılmasını tələb edib.
Həbs olunan hərbçilər gizir Maksim Yevgenyeviç Odinsov və kiçik serjant Aleksandr Vyaçeslavoviç Baranovdur.
Ukrayna Təhlükəsizlik Xidməti ittihamlara cavab olaraq bildirib ki, rusiyalı hərbçilər Ukrayna ərazisində saxlanılıblar.
Qeyd olunub ki, həmin şəxslər Krımın 2014-cü ildə ilhaqından sonra Ukrayna ordusundan Rusiyaya tərəf keçən fərarilərdir.
***
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iki rusiyalı əsgəri saxlayaraq ölkədən çıxarıblar. Olaylar.az virtualaz-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
"Noyabrın 20-də Krımda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iki rusiyalı hərbi qulluqçu - gizir Maksim Odintsov və çavuş Aleksandr Baranov qeyri-qanuni olaraq saxlanılıb və Ukraynanın Nikolayevsk vilayətinə aparılıblar", - məlumatda deyilir.
Məlumatda həmçinin qeyd olunur ki, xüsusi xidmət orqanları hərbçilərə qarşı uydurma cinayət işi açmaq niyyətindədirlər.
"112 Ukrayna" telekanalının xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti "Çonqar" sərhəd keçid məntəqəsində saxlanılan hərbçilərin Krımın ilhaqından sonra Ukrayna ordusundan fərarilik edərək Rusiya tərəfinə keçdiklərini bildirib.