Türkiyə bu qanunla çalxalanır
“Cinsəl istismara məruz qalan şəxs təcavüzcüsü ilə evləndirilsin” Son günlər Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərar ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Məşhur simalar və sadə insanlar sosial şəbəkələrdə öz səslərini duyurmağa çalışırlar. Ölkə mətbuatında tez – tez işıqlanan qadına şiddət və uşaq təcavüzünə qarşı qəbul edilən qanun ümidləri doğrultmayıb. Cinəyatkarlara qarşı sərt cəza tədbirlərini gözləyən vətəndaşların qanunda qeyd olunan, “Cinsəl istismara məruz qalan şəxs təcavüzcüsü ilə evləndirilsin”, hissəsi etirzlara səbəb olub.
21 Noyabr 2016 17:00 Dünya"Cinsəl istismara məruz qalan şəxs təcavüzcüsü ilə evləndirilsin"
Son günlər Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərar ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Məşhur simalar və sadə insanlar sosial şəbəkələrdə öz səslərini duyurmağa çalışırlar. Ölkə mətbuatında tez - tez işıqlanan qadına şiddət və uşaq təcavüzünə qarşı qəbul edilən qanun ümidləri doğrultmayıb. Cinəyatkarlara qarşı sərt cəza tədbirlərini gözləyən vətəndaşların qanunda qeyd olunan, "Cinsəl istismara məruz qalan şəxs təcavüzcüsü ilə evləndirilsin", hissəsi etirzlara səbəb olub.
Bir çox məşhur simalar sosial şəbəkə hesablarından təcavüzçülərin dövlət tərəfindən qanunla qorunduğunu, uşaq və qadınların vətəndaş hesab edilmədiyini iddia ediblər.
Son günlər məşhur aparıcı Müge Anlının sayəsində 6 - yaşlı uşağa təcavüz edən şəxsin tapılması ilə ölkədə yenidən təcavüz mövzusu gündəmə gəldi. Hadisəyə deputatlar, rəsmi qurumlar qarışaraq bu vəhşiliyə son qoyulması haqqında, cinayətkarların sərt cəza ilə cəzalandırılmalarını tələb etmişdilər. Böyük əksəriyyət qəbul olunacaq qanunda sərt cəzaların yer alacağını ümid edirdilər. Lakin heç də gözlənilən kimi olmadı. Bu səs - küylü qərar təkcə Türkiyədə deyil, bir çox Avropa ölkələrində yaşayan türklərin də etirazlarına səbəb olub. 6, 13, 17 yaşlı təcavüzə uğrayan bir uşağın keçirdiyi psixoloji sarsıntını anlamayanlar, hələ üstəlik bu dəhşəti onlara yaşadanlarla evlənmələrinin qanuniləşdirilməsi həqiqətən də heç bir ədalətə və məntiqə sığmır.
Bu günlərdə Türkiyənin baş naziri naziri Binəli Yıldırımın təcavüz qanununa etiraz edən qadın millət vəkilləri ilə görüşəcəyi gözlənilir. Bu qədər etirazlardan və baş nazirin görüşündən sonra çoxları güman edir ki, qanuna yenidən baxılacaq və növbəti dəfə sərt cəzaların tətbiqinə ümid edilir.
Qanunda həm də mətinaltı olaraq uşaq evliliklərinin dəstəkləndiyi iddiası irəli sürülür. Amma ölkədə erkən evliliyə qarşı sosial çarxların yayımlandığı, bu barədə sosialyönlü proqramların həyata keçirildiyini, mətbuatın tez - tez işıqlandırdığının şahidi oluruq. Bu cür sosial çarxlardan ən yadda qalanı 2005 - ci ildə Doğan Gazeteçilərin rəhbəri Hanzadə Doğan Boynerin ideyası, Çağan Irmakın rejissorluğu ilə çəkilən "Baba, beni okula gönder" sosial çarxı oldu. Erkən evliliyə və cahilliyə qarşı yeganə güclü silahın yalnız təhsil olduğu düşünüldü. Bu kompaniya ilə 1 milyon TL toplanıldığı, 33 uşaq baxçasının, 12 məktəbin açılıb. Ən əsası isə 10.500 qız uşaqları təhsillərinə davam etməklə yanaşı, 3.500-ə yaxın qız uşaqlarına himayədarlıq edilib. İctimaiyyət tərəfindən bu qədər dəstəklənən proyektə dövlətə öz yardımını əsirgəmir. Proyekt rəhbərləri Ailə və Sosial nazirliklə birgə fəaliyyət göstərirlər.
Qəbul olunmuş yeni qanuna məclisdəcə etiraz edən CHP - li millət vəkili Gülay Yedekcinin çıxışı son günlər sosial şəbəkədə izləyicilərin və etiraz edənlərin ən çox paylaşdıqları görüntü oldu. Xanım deputatın vidio görüntüsünü öz instagram hesabından paylaşan məşhur jurnalist Ayşe Armanda qəbul olunmuş qanuna öz etirazını bildirib.
Nigar Adil