Universitetlərdə maarifləndirmə tədbirləri keçiriləcək
Təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılacaq.
21 Noyabr 2016 16:56 DünyaTəhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılacaq. "OLAYLAR"-ın Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi daşıyan maarfiləndirici tədbirlərə noyabrın 21-dən start verilib. Dövlət Komissiyasının İşçi Qrupunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı və adiyyəti dövlət orqanlarının iştirakı ilə Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində və o cümlədən qeyri-dövlət ali təhsil müəssisələri olan Qafqaz, Qərb Xəzər və digər Universitetlərdə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, maarifləndirici tədbirlər Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq təşkil olunur.