Ərdoğan: "Terrorçulardan dostlarımızın silahları çıxdı"

Terror təşkilatlarından dostlarımızın silahları çıxdı. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO Parlament Assambleyasının iclasında deyib.

Terror təşkilatlarından dostlarımızın silahları çıxdı.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO Parlament Assambleyasının iclasında deyib.

R.T.Ərdoğan qeyd edib: "İraq və Suriyada bizim terror təşkilatı elan etdiyimiz qruplaşmalardan dostlarımızın silahları çıxdı. Biz bu faktı açıqlayanda onları terrorçu kimi qəbul etmədiklərini, onların İŞİD-ə qarşı savaşdıqlarını bildirdilər. Elə isə "Cəbhət ən-Nüsra"nı da terror təşkilatı saymayın, axı onlar da İŞİD-lə döyüşür. Bir terrorçuya başqa terrorçu ilə savaşdığı üçün "yaxşıdır" demək olarmı?"

Prezident Türkiyənin bu bölgənin nəbzini çox yaxşı tutan ölkə olduğunu bildirib: "Onlarla bizim tarixi, mədəni, qohumluq əlaqələrimiz var. Hələbi vuranlar bəllidir, bəs Qərb Hələbdə yaşayanların Qaziantep və Kilisdə yaşayanlarla qohumluq əlaqələri olduğunu bilirmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31