Çavuşoğludan erməni deputata SƏRT CAVAB

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda təşkil olunan NATO PA konfransında çıxış edib.

"Haberler" xəbər verir ki, konfransda iştirak edən erməni millət vəkili Koryun Nahapetyan onun çıxışından sonra Türkiyəni terrorçularla dəstək olmaqda günahlandırıb.

M.Çavuşoğlu Erməni vəkilin dediklərinə sərt reaksiya verib.

"Düşüncələrimiz fərqli ola bilər. Amma dürüst olmaq lazımdır. Hələ üstəlik siyasətçisinizsə, daha da dürüst olmaq lazımdır. Təəssüflər olsun ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar. Terrorçulara dəstək olduğumuzu necə söyləyə bilərsiniz? Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər terrorçu öldürüb?"

Ermənistanlı vəkilə dürüst olmadığını deyən Mövlud Çavuşoğlu deyib: "Sizi dinlədiyim zaman, sanki, bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir".

M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni "dostlarının" dürüst davranmadığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31