Kütləyə atəş açıldı, ölənlər var
19 Noyabr 2016 17:13 DünyaSuriyanın Hələb şəhərinin bir hissəsini nəzarətdə saxlayan silahlı qruplaşmanın üzvləri etiraz aksiyasına çıxan sakinlərə atəş açıb.
"RİA Novosti" agentliyi xəbər verir ki, yüzlərlə şəhər sakini ailələri ilə birlikdə radikalların siyasətinə etiraz olaraq nümayişə çıxıblar. Onlar şəhəri tərk etmək istəyənlərə icazə verilməsini tələb ediblər.
Aksiyanı dağıtmaq məqsədilə qruplaşma üzvləri avtomat silahlardan atəş açıblar. Nəticədə dinc sakinlər arasında ölən və yaralananların olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31