Merilin Monronun paltarı hərraca çıxarıldı
Hollivud aktrisası Merilin Monronun ABŞ-ın 35-ci prezidenti Con Kennedinin doğum günü mərasimində geydiyi paltar hərracda satılıb.
18 Noyabr 2016 19:50 DünyaHollivud aktrisası Merilin Monronun ABŞ-ın 35-ci prezidenti Con Kennedinin doğum günü mərasimində geydiyi paltar hərracda satılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, paltar Los-Ancelesdə keçirilən hərracda 4,8 milyon dollara satılıb.
Bu paltarı M.Monro 1962-ci mayın 19-u Kennedinin 45-ci doğum günündə geyinmiş və bütün dünyada məşhurlaşmış "Happy Birthday Mr.President" mahnısını səsləndirmişdi.
Üç gün davam edəcək hərracda M.Monronun digər əşyaları, paltarlar, aksesuarlar və imzalı fotoları hərraca çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31