Ermənistan ordusunun pulemyotçusu ağzından güllələndi - YENİLƏNİB
Ermənistan ordusunun Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçisi ölüb.
18 Noyabr 2016 14:55 DünyaErmənistan ordusunun Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçisi ölüb.
Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq İdarəsi məlumat yayıb.
Məlumata əsasən, noyabrın 17-də saat 21:50 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə pulemyotçu əsgər İvan Ayrapetyanın meyidi aşkarlanıb.
Onun ağız və baş nahiyəsindən dəyən güllə nəticəsində öldüyü müəyyən edilib.
***
Ermənistanın Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçi ölüb.
Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq İdarəsi xəbər yayıb.
Məlumata əsasən, noyabrın 17-də saat 21:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin 1-ci motoatıcı taborunun yoxlama-keçid məntəqəsinin binasında pulemyotçu əsgər İvan Davit Hayrapetyanın meyidi aşkarlanıb.
O ağızın sağ aşağı və başın sol yuxarı nahiyələrində odlu silah zədələri ilə tapılıb.
İstintaq işləri davam etdirilir.