Bankda özünü yandırdı 27 nəfər yaralandı

Avstraliyanın Melburn şəhərinin cənub-şərqində  "Commonwealth Bank of Australia" bankının bölmələrindən birinə soxulan şəxs özünü yandırıb.

Milli.Az The Age-ə istinadən bildirir ki, şahidlərin dediklərinə görə, bu şəxs bank filialına daxil olandan sonra əlindəki bağlamanı partladıb. Əvvəlcə güclü səs eşidilib, sonra yanğın başlanıb. Bankı tüstü bürüyüb.

Bankdakı şəxslər küçəyə qaçmağa başlayıblar. Onların əksəriyyəti qan içində idi.

27 nəfər yaralanıb. 6 nəfərin vəziyyəti kritikdir. Yaralılar arasında 3 uşaq da var.

Melburn polisindən verilən məlumata görə, banka girərək özünü partladan və yandıran 21 yaşlı şəxs ağır yaralı vəziyyətdə ələ keçirilib. O, hazırda polis mühafizəsi altında xəstəxanadadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31