Prezidentə qarşı iddia
Yaxın günlərdə Fransada keçiriləcək prezident seçkiləri üçün kampaniya başlayacaq. Prezidentliyə namizədliyini irəli sürən Nikolya Sarkozinin tərəfdarları prosses başlamadan məyus olublar. Belə ki, ötən axşam France 24 kanalında Livan əsilli işadamı Ziyad Təkiəddin şok ifadələrlə çıxış edib.
17 Noyabr 2016 13:00 DünyaYaxın günlərdə Fransada keçiriləcək prezident seçkiləri üçün kampaniya başlayacaq. Prezidentliyə namizədliyini irəli sürən Nikolya Sarkozinin tərəfdarları prosses başlamadan məyus olublar. Belə ki, ötən axşam France 24 kanalında Livan əsilli işadamı Ziyad Təkiəddin şok ifadələrlə çıxış edib. Təkiəddin Nikolya Sarkozinin ötən prezident seçkilərindəki kompaniyası üçün Liviyanın sabiq rəhbəri Müəmmər Qəddafi tərəfindən tam 5 million avro göndərildiyini bəyan edib. Biznesmen 2006-2007 - ci illərdə pul dolu çantaları Sarkozinin köməkçisi Klod Geanaya şəxsən təqdim etdiyini bildirib. Son dəfə isə avro dolu çantanı şəxsən Nikolya Sarkoziyə gətirdiyni iddia edib. Qeyd edək ki, 2013 - cü ildə Sarkoziyə qarşı seçkilərdə Qəddafidən maddi yardım aldığına dair cinayət işi açılmışdı və istintaq tərəfindən dəfələrlə dindirlib. Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.