Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verildi

Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verib. Olaylar.az report-a istinadən bildirir ki, irlandiyalı bundan ötrü 435 min avro girov qoymalıdır.

Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verib.

Olaylar.az report-a istinadən bildirir ki, irlandiyalı bundan ötrü 435 min avro girov qoymalıdır.

71 yaşlı funksioner 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həbs olunub. Ona qarşı "Rio-2016" biletlərinin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ötən ay Hikkinin ürək əməliyyatına ehtiyac duyduğu müəyyənləşib. Məhkəmənin ona Braziliyanı tərk etmə icazəsi verməsi də məhz bununla əlaqədar olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31