Nurgül Yeşilçay: "Obraza uzun müddət hazırlaşdım"

Noyabrın 18-dən etibarən “Möhtəşəm yüzyıl:Kösəm Sultan” serialında Kösəm Sultan obrazı ilə ekranlara gələn Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay rolu barədə danışıb.

Noyabrın 18-dən etibarən "Möhtəşəm yüzyıl:Kösəm Sultan" serialında Kösəm Sultan obrazı ilə ekranlara gələn Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay rolu barədə danışıb.

Aile.lent.az-ın məlumatına görə, aktrisa ARB telekanalına müsahibəsində rolu üçün çox həyəcanlandığını etiraf edib: "Çox güclü xarakterdir. Kösəm Sultanın bir çox özəlliyi var. Həmin obrazı canlandırmaq belə çox zövqlüdür. Obrazda Kösəm Sultan həm güclü, bir tərəfdən də küsəyən anadır, digər tərəfdən dünyanı idarə edir. Əgər dövlətə qarşı təhdid varsa, bu incə xanım düşünmədən başlar üzə bilər. Çox qəribə və həyəcanverici bir obrazdır. Çox xoşbəxtəm. Bu obraza uzun müddət hazırlaşdım. Bu rolun çətinlikləri çoxdur". Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31