Arda sevgilisi ilə ayrılıb?
"Barselona" forması geyən ulduz futbolçu Arda Turan ilə sevgilisi Aslıhan Doğanın 20 gün əvvəl ayrılmaq haqda qərar verdikləri deyilir.
16 Noyabr 2016 19:10 Dünya"Barselona" forması geyən ulduz futbolçu Arda Turan ilə sevgilisi Aslıhan Doğanın 20 gün əvvəl ayrılmaq haqda qərar verdikləri deyilir.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, ötən gün "Kanal D"də yayımlanan "Rəngli səhifələr" proqramında model Didem Soydanla bir yerdə olduqları xəbərləriylə gündəmə gələn Arda Turanın 2015-ci ildən bu yana münasibətdə olduğu Aslıhan Doğandan ayrıldıqları iddia edilir.
Əvvəllər üç dəfə ayrıldıqları iddia edilən cütlüyün bir ay əvvəl dalaşdıqları xəbərləri yayılsa da, Aslıhan Doğan ayrılıq söz-söhbətlərini təkzib etmişdi. Ayrılıq xəbəri inkar edilsə də, cütlük arasında əlaqələrin 20 gün əvvəl kəsildiyi deyilir.
Ulduz futbolçunun, sevgilisinin evlilik istəyini yerə saldığı üçün ayrılığa qərar verdikləri iddia edilir. Olaylar.az