Trampın xanımı səfir olmaq istəyir
Amerikanın yeni prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp Çex Respublikasına səfir təyin olmaq istədiyini açıqlayıb. İvana Tramp bildirib ki, “Oralıyam və Çex dilini de bilirəm. Hər kəs də məni tanıyır.
16 Noyabr 2016 11:59 DünyaAmerikanın yeni prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp Çex Respublikasına səfir təyin olmaq istədiyini açıqlayıb. İvana Tramp bildirib ki, "Oralıyam və Çex dilini de bilirəm. Hər kəs də məni tanıyır. Tək Çexiyanı deyil, bütün dünyanı tanıyıram. Üç kitabım 40 ölkədə 25 dilə tərcümə olunub." Həmçinin xanım Donald Trampın prezident olaraq 400 min dollar maaş alacağını, onun prezident təyyarəsinin "Air Force One" yerinə 100 milyon dollar dəyərində özəl təyyarə Boeing 757 - ni istifadə edə biləcəyini də dilə gətirib. Tramp isə seçki öncəsi açıqlmalarında prezident maaşından - 400 min dollardan simvalik olaraq sadəcə bir dollar alacağını açıqlamışdı. Qeyd edək ki, seçki kompaniyasında Trampa ailəsindən ən böyük dəstəyi ilk üç övladı - İvanka, Donald Jr və Eric Tramp ilə yeznəsi Jared Kushner olub. Trampın böyük qızı İvanka Tramp Ağ evdə rəsmi işə başlayacağı xəbərlərinə aydınlıq gətirib. O, bildirib ki, "Ağ evdə heç bir rəsmi işə başlamayacaq. Yalnız atasının şirkətlərini idarə edəcək."