Poroşenko və Tramp arasında telefon danışığı olub
16 Noyabr 2016 08:22 DünyaUkrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
APA - a xəbər verir ki, tərəflər tezliklə təkbətək görüşün keçirilməsinə dair razılığa gəliblər.
Poroşenko Trampı Ukraynaya səfər etməyə dəvət edib.
"Poroşenko aktiv əməkdaşlığa hazır olduğunu Trampa bildirib və ABŞ-ın Ukraynaya Rusiya işğalına qarşı dəstək göstərməkdə davam etməsinin vacib olduğunu qeyd edib", -deyə məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31