İsrail 6 ildən sonra Türkiyəyə ilk səfirini təyin etdi

Eitan Naeh İsrailin Türkiyədə yeni səfiri təyin olunub.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Emmanuel Nahson deyib.

Qeyd edək ki, 2010-cu ildə baş vermiş "Mavi Mərmərə" böhranı ilə münasibətləri korlanan Ankara ilə Təl-Əviv bu il iyul ayında əlaqələrin normallaşması ilə bağlı razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31