Sızanaqlardan qurtulmağın QIZIL QAYDALARI
23 yaşlı idman məşqçisi Brian Turner yaşadığı sızanaq və qara nöqtə problemindən qurtulmağın qızıl qaydalarını açıqlayıb.
15 Noyabr 2016 20:40 Dünya23 yaşlı idman məşqçisi Brian Turner yaşadığı sızanaq və qara nöqtə problemindən qurtulmağın qızıl qaydalarını açıqlayıb.
Aile.lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Brian ilk növbədə süd məhsullarını qidalanmasından çıxarıb. Gündə 4,5 litr su içərək, 12 pors tərəvəz yeyərək sızanaq probleminin bir az düzəldiyinin fərqinə varan Brian tək bununla qane olmayıb, başqa yollara da əl atıb. Onları təqdim edirik.
- Yastıq üzünü hər gün dəyişdirin. Bədəninizdə də sızanaq varsa, yataq üzünü də hər gün dəyişdirin
- Üz təmizləmək üçün istifadə etdiyiniz məhsulun tərkibində benzoil peroksid dəyərinin 2,5-dən çox olmamasına diqqət göstərin.
- Üzünüzə qətiyyən toxunmayın və bəzi qidalardan vaz keçin.
- Gündə 3,7 litr su için. Asitli içkiləri buraxın.
- Probiotik istifadə edin. Süd və süd məhsulları yeməyin.
- Gündə 12 pors tərəvəz yeyin.
- Tam taxıl məhsullu yeməklər yeyin. Paketlənmiş yeməklərdən uzaq durun.
- Gündə 7-8 saat yatmağa çalışın.
- Tərlədikdən dərhal sonra çimin.