Məşhur müğənni yaşını 6 il kiçiltdi

İstanbulda məşhur türkiyəli sənətçi Sibel Canın doğum tarixinin dəyişdirilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.

İstanbulda məşhur türkiyəli sənətçi Sibel Canın doğum tarixinin dəyişdirilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, təxminən bir il davam edən məhkəmə hazırda 1 avqust 1964-ci il təvəllüdlü Sibel Canın doğum tarixini 1 Avqust 1970-ci il olaraq düzəldilməsinə qərar verib.

Qeyd edək ki, sənətçinin iddiasına görə, atası Engin Cangüren 1985-ci ildə onun yaşını 6 il böyüdərək 1964-cü il kimi qeyd etdirib. Məhkəmə qərarı ilə Sibel Can arzusuna çatıb. Onun yaşı 6 il kiçildilərək 1970-ci il kimi göstərilib. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31