Nursultan Nazarbayevin şəkli olan əskinas buraxılacaq
Qazaxıstanda ölkənin ilk və yeganə prezidenti Nursultan Nazarbayevin şəkli olan əskinas buraxılacaq.
15 Noyabr 2016 13:28 DünyaQazaxıstanda ölkənin ilk və yeganə prezidenti Nursultan Nazarbayevin şəkli olan əskinas buraxılacaq.
Olaylar.az virtualaz-a istinadən xəbər verir ki, banknotun buraxılması ölkədə dekabrın 1-də qeyd olunan ilk prezident gününə həsr olunub.
"Xəbər" telekanalının məlumatına görə, artıq əskinas Astanada keçirilən Qazaxıstan Milli Bankının "Qazaxıstanın müstəqilliyinin 25 ili: milli valyuta" adlı konfransda nümayiş etdirilib.
Nursultan Nazarbayevin şəkli olan əskinas 10 min təngə dəyərindədir və suvenir məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31