Çindəki partlayışda ölənlərin sayı 14-ə çatıb

Çinin Şensi əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb. RİA Novosti-nin verdiyi xəbərə görə, 147 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 11-i ağır vəziyyətdədir.

Çinin Şensi əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, 147 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 11-i ağır vəziyyətdədir.

Son məlumata görə, inzibati binada baş verən partlayış zamanı 58 evə və 63 avtomobilə ziyan dəyib, yaxınlıqda yerləşən bəzi tikililər qismən uçub.

İlkin versiyaya əsasən, hadisəyə naməlum partlayıcı maddənin işə düşməsi səbəb olub. Binanın sahibi polis tərəfindən saxlanılıb. Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb.

Araşdırmalar davam etdirilir.

***

Çinin mərkəzi hissəsindəki Şensi vilayətinin Yuylin şəhərindəki yaşayış binalarından birində baş vermiş partlayış zamanı 10 nəfər ölüb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 14:00-da baş vermiş hadisə zamanı 150 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri araşdırılır. İlki məlumatda partlayış zamanı 7 nəfərin öldüyü bildirilirdi.

Partlayışın gücündən yaxınlıqdakı binalar, o cümlədən xəstəxana, avtomobillər ziyan çəkib. Hadisə yerinə 70 xilasedici cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31