İndoneziyada qızıl mədəninin çökməsi nəticəsində 11 nəfər yerin altında qalıb

İndoneziyanın Sumatra adasında qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 11 nəfər  yerin altında köməksiz vəziyyətdə qalıb.

İndoneziyanın Sumatra adasında qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 11 nəfər  yerin altında köməksiz vəziyyətdə qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cambi əyalətində baş verib.

İlkin məlumatlara əsasən, mədən su basma nəticəsində çöküb.

Bildirilir ki, qəzaya düşənlər qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan yerli sakinlərdir.

Hadisə yerinə xilasedicilər göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31