Antalyada PARTLAYIŞ: yaralılar var - YENİLƏNİB - VİDEO
Türkiyənin Antalya vilayətində güclü partlayış baş verib.
25 Oktyabr 2016 11:11 DünyaMilli.Az "Milliyet"ə istinadla bildirir ki, bələdiyyə sədri Menderes Türe partlayışla bağlı açıqlama verib.
"Belə hadisələr baş verəndə hamının ağına terror şübhəsi gəlir. Amma hələ ki, partlayışın dəqiq səbəbi bilinmir. Şükür Allaha ki, ölən yoxdur. Təəssüflər olsun ki, yaralılar var, amma onların da vəziyyəti ağır deyil".
***
Milli.Az bildirir ki, partlayış Antalya Ticarət və Sənaye Palatasının binasında baş verib. İlkin məlumata görə, yaxınlıqdakı maşınlara və binalara ciddi ziyan dəyib. Maşınlardan biri tamamilə partlayıb.
DHA-nın müxbirinin verdiyi məlumata görə, yaralılar var.
***
Bir neçə dəqiqə əvvəl Antalyada partlayış olub.
Milli.Az "Milliyet"ə istinadla bildirir ki, partlayışın səbəbi bilinmir.
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. Olaylar.az