"Rusiya Avropa İttifaqını zəiflətmək istəyir"
Rusiyanın strategiyası Avropa İttifaqını (Aİ) zəiflətməkdən ibarətdir. Azvision.az bildirir ki, bunu Aİ Şurasının prezidenti Donald Tusk deyib.
21 Oktyabr 2016 11:15 DünyaRusiyanın strategiyası Avropa İttifaqını (Aİ) zəiflətməkdən ibarətdir. Azvision.az bildirir ki, bunu Aİ Şurasının prezidenti Donald Tusk deyib.
"Rusiyanın strategiyası Avropa İttifaqını zəiflətməkdir. Biz reallığı görürük, bizdə heç bir illüziya yoxdur", - deyə Tusk bildirib.
Tusk bununla belə Aİ-nin Moskva ilə gərginliyi gücləndirmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Aİ həmişə Rusiya ilə dialoqa hazırdır, lakin dəyərlərlə bağlı heç vaxt kompromisə getməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31