Kenan İmirzalıoğlu yeni serialla qayıdır
Son günlər arıqlaması ilə diqqət çəkən Kenan İmirzalıoğlu idman zalından çıxarkən görüntülənib.
20 Oktyabr 2016 19:05 DünyaSon günlər arıqlaması ilə diqqət çəkən Kenan İmirzalıoğlu idman zalından çıxarkən görüntülənib.
Türkiyə mətbuatının məlumatına görə, hazırda "Cingöz Recai" adlı filmdə çəkilən aktyor bu mövsüm ekranlarda olacağını bildirib.
O, "bu mövsüm serial layihəsi var" sualına "Olacaq, inşallah" deyərək fanatlarını sevindirib. Kenan həyat yoldaşı Sinem Kobalın onu arıqlatdığını deyən müxbirlərə gülərək "İdman edirəm, ona görə arıqlayıram" deyib. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31